Abşeronda qətl hadisəsi baş verib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, saat 21 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində qəsəbə sakini 1988-ci il təvəllüdlü Sultan İsrafil oğlu Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, S.Əliyevin keçmiş qayını - 1991-ci il təvəllüdlü Hüseyn Məmməd oğlu Qasımov polisin keçirdiyi tədbirlərlə saxlanılıb.
İlkin məlumata görə, tərəflər arasında münaqişə aliment borc öhdəliyi ilə əlaqəli olub.
Faktla bağlı araşdırma aparılır.