ABŞ Venesuelanın hərbi obyektlərinə zərbə endirəcək - Wall Street Journal

ABŞ narkotik qaçaqmalçılığı üçün istifadə edilən Venesuela hərbi obyektlərinə zərbə endirməyə hazırlaşır.

Stopnarkotik.az bildirir ki, bu barədə "Wall Street Journal" xəbər verir.

Tramp hərbi əməliyyatlara başlamaq qərarına gələrsə, narkotik qaçaqmalçılığı qrupları və rejimin infrastrukturu, çox güman ki, hədəfə alınacaq.

Limanlar, dəniz obyektləri və hava limanları da daxil olmaqla, hədəflər artıq müəyyən edilib.

Məqalədə ABŞ hərbi mənbələrindən alınan daxili məlumatlara istinad edilir. Venesuela hərbi rəhbərliyini narkotik qaçaqmalçıları elan etməklə, ABŞ avtomatik olaraq bütün hərbi obyektləri hücum hədəfinə çevirdi.

Stopnarkotik.az