ABŞ Meksika rəsmiləri arasında narkotik problemi ətrafında müzakirələr aparılıb.
Stopnarkotik.az xəbər verir ki, tərəflər hər iki ölkədə narkotik ticarətinin genişlənməsi və narkomaniyanın sürətlə artmasında Çini ittiham ediblər.
Qeyd edək ki, Meksikada keçirilən görüşdə ABŞ-I ölkənin milli təhlükəsizlik müşaviri Elizabet Şervud-Rendall təmsil edib. Mexikodakı prezident iqamətgahında ABŞ səfiri Ken Salazarın, Meksikanın hərbi və təhlükəsizlik rəhbərliyinin, eləcə də Oaxaka, Çiapas, Verakruz, Tabasko və digərlərinin qubernatorlarının iştirakı ilə iki saatlıq danışıqlar aparılıb.
Nəticədə, Meksika Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, hazırda ölkələr arasında çox yaxşı münasibətlər var və Meksika fentanil ticarətinin dayandırılması baxımından uğurlu nəticələr əldə olunub.
Həmçinin, miqrasiya və qeyri-qanuni silah alveri sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Lopez Obrador ABŞ-dan Mərkəzi Amerikadakı sosial proqramlara dəstək verməsini xahiş etməyə təşəbbüs edib. Meksika donanmasının rəhbəri bildirib ki, Meksikanın fentanillə heç bir əlaqəsi yoxdur və hər şeydə Çindən olan narkotik istehsalı üçün xammal (prekursor) tədarükçüləri günahkardır.
Stopnarkotik.az