ABŞ və İran məxfi "pərdəarxası razılaşmanı" gizlədirlər

ABŞ və İran sanksiyaların yüngülləşdirilməsi müqabilində Tehranın nüvə proqramını dayandırmasını nəzərdə tutan müvəqqəti razılaşmaya yaxınlaşdıqlarına dair xəbərləri təkzib ediblər.

Stopnarkotik.az bu barədə "Reuters"ə istinadla bildirir. 

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Londonda yerləşən “Middle East Eye” saytındakı məqaləyə toxunaraq deyib ki, "Bu mesaj yanlış və çaşdırıcıdır. Müvəqqəti razılaşma ilə bağlı hər hansı xəbərlər yalandır”.

İranın BMT-dəki missiyası da hesabatı şübhə altına alıb və “Bizim şərhimiz Ağ Evin şərhi ilə üst-üstə düşür”, deyə bildirib.

İranı nüvə silahı istehsal etməkdən çəkindirmək məqsədi daşıyan bu razılaşma Tehrandan nüvə proqramını məhdudlaşdırmağı və BMT, ABŞ ilə Aİ-nin Tehrana qoyduğu sanksiyaların bitməsi  müqabilində BMT-nin daha geniş yoxlamalarını tələb edirdi.

Mümkün həll yollarından biri müvəqqəti razılaşma idi ki, İran nüvə proqramının nisbətən məhdudlaşdırılması əvəzində sanksiyaların yüngülləşdiiməsinə razı olacaq. “Middle East Eye” nəşri isə adı açıqlanmayan iki mənbəyə istinadən yazıb ki, İranla ABŞ “müvəqqəti razılaşmaya dair razılığa gəliblər” və bunu öz rəhbərlərinə ötürməlidirlər.

Bu razılaşmada deyilir ki, "İran uranın 60% və ya daha yüksək saflığa qədər zənginləşdirilməsini dayandıracaq və gündə 1 milyon barelə qədər neft ixracına icazə veriləcək, xarici ölkələrdəki gəlirlərinə və dondurulmuş pullara çıxış qarşılığında BMT-nin nüvə təşkilatı ilə əməkdaşlığı davam etdirəcək".

Saytda deyilir ki, danışıqlara ABŞ-ın İran üzrə xüsusi elçisi Rob Malli və İranın BMT-dəki səfiri Əmir Səid İrəvani rəhbərlik edib. Bu isə İranın ABŞ rəsmiləri ilə birbaşa danışıqları inkar etməsi ilə ziddiyyət təşkil edir.

Dövlət Departamentinin sözçüsü hər hansı bu cür danışıqları şərh etməkdən imtina edib, o, yalnız mesajları İrana çatdırmaq yollarının olduğunu deyib, lakin onların məzmunu və necə çatdırılması barədə ətraflı məlumat verməyib. İki İran rəsmisi isə “Reuters”ə bildiriblər ki, irəliləyiş əldə edilir, lakin hələlik heç bir razılaşma yoxdur. Daha bir İran rəsmisi isə Malli və İrəvaninin son həftələrdə ən azı üç dəfə görüşdüyünü, lakin təfərrüatları açıqlamadığını söyləyib.

İranın yüksək rütbəli rəsmisi deyib: "Müəyyən irəliləyiş var və biz amerikalılarla təkliflər, mesajlar mübadiləsi apardıq. Lakin müzakirə etməli olduğumuz çoxlu detallar var”.

Stopnarkotik.az