ABŞ Türkiyənin Adana şəhərindəki konsulluğunu bağladı

ABŞ səfirliyi Adana Konsulluğunun növbəti xəbərdarlığa qədər bağlı qalacağını açıqlayıb.

Stopnarkotik.az xəbər verir ki, İsrailin Qəzzada törətdiyi qırğınlara qarşı nümayişlər davam edərkən, ABŞ-ın Ankaradakı səfirliyi, İstanbul konsulluğu və Adana konsulluqları etiraz nöqtələrinə çevrilib.

Etirazlardan sonra ABŞ səfirliyi Adana konsulluğunun növbəti xəbərdarlığa qədər bağlı olacağını açıqlayıb.

Səfirlik öz vətəndaşlarına da xəbərdarlıq edib.

Bəyanatda aşağıdakı ifadələr yer alıb:

"Növbəti bir neçə həftə ərzində Türkiyə daxilində İsrail və Qəzzadakı hadisələrlə bağlı böyük nümayişlərin keçiriləcəyi gözlənilir. İstənilən toplantı, hətta dinc xarakter daşıyanlar belə zorakılığa çevrilə bilər. 

ABŞ-ın Adanadakı Konsulluğu növbəti xəbərdarlığa qədər ictimaiyyətə bağlı qalacaq. “ABŞ vətəndaşları ABŞ-ın Ankaradakı səfirliyində görüşlərini dəyişdirə bilərlər”.