ABŞ Prezidenti Co Bayden HHQ akademiyasının kursantlarının buraxılış mərasimində yıxılıb.
Stopnarkotik.az xəbər verir ki, dövlət başçısı tribunadan düşərkən müvazinətini itirərək yıxılıb. Mühafizə xidməti dərhal prezidenti ayağa qaldırıb.
O, ayağa qalxdıqdan sonra döşəmədəki maneəni göstərərək, ona ilişdiyinə işarə vurub.
Dövlət başçısı yerinə qayıdaraq mərasimi sonadək izləyib.