Dünya miqyasında narkobaronlar sırasında Cənubi Amerikadan olan kriminal simalar üstünlük təşkil edir. Onlardan biri də El Çapo (Cırtdan) ləqəbli meksikalı narkobaron Xoakin Qusman Loeradır.
El Çapo kasıb, çoxuşaqlı ailədə anadan olmuşdu. Yeniyetmə ikən o, atasına kömək edərmiş və onun heroin istehsalı üçün xaşxaş yetişdirdiyi güman edilirmiş. O daha sonra Migel Feliks Qalyardonun başında durduğu kartellə bağlı dəstəyə qəbul edilir. El Çapo öz fərasətini rəhbərliyə sübut edir və tez vaxtda əsas rollardan birinə yüksəlir.
1989-cu ildə Qalyardo həbs olunur və kartel dağılır. Səhnəyə çıxan yeni narkokartelərdən biri El Çaponun rəhbərlik etdiyi “Sinaloa” karteli idi. Çatdırılmaların sürətini artırmaq üçün o, Meksika və ABŞ sərhədində tunellərin tikintisini təşkil etdi.
İttiham tərəfi bildirdi ki, El Çapo 12 milyard dollardan çox qazanıb.O, ilk dəfə 1990-cı illərin əvvəllərində həbs olunanda narkotik daşıdığı üçün 20 il cəza aldı. Səkkiz il sonra Cırtdan – El Çapo çirkli çamaşır səbətində gizlənərək qaçdı. 2014-cü ildə El Çapo Meksikadakı mənzilində ələ keçdi, bir il sonra yenidən həbsxanadan qaçdı - kamerasının altında tunel tapıldı. Sonuncu dəfə 2016-cı ildə aktyor Şon Pennə müsahibə verdikdən sonra Cırtdanın izinə düşə bildilər (bununla əlaqədar Şon Penn istintaqa cəlb olundu). Bir il sonra Cırtdan - El Çapo ABŞ-a ekstradisiya edildi: o, ABŞ-a kokain tədarükünün üçdə birinə nəzarət edirdi, burada o, Usamə bin Ladendən sonra ikinci ən çox axtarılan cinayətkar idi.
17 iyul 2019-cu ildə ABŞ məhkəməsi Loeranı əlavə 30 il üstünə gəlməklə ömürlük həbs cəzasına məhkum etdi.
Stopnarkotik.az