ABŞ hərbçiləri İran gəmisindən 80 milyon dollarlıq heroin aşkarladı

ABŞ Dəniz Qüvvələri Mərkəzi Komandanlığının 5-ci Donanması narkotik axtarışı zamanı mayın 10-da Oman körfəzindən keçən balıqçı gəmisindən 80 milyon dollar dəyərində heroin aşkarlayıb.

Stopnarkotik.az xəbər verir ki, içərisində 1965 kiloqram heroin yükü olan bu balıqçı gəmisi İranın Çabahar limanından çıxaraq, beynəlxalq sulara daxil olduqdan sonra saxlanılıb.

Qeyd edək ki, bu, son bir neçə gün ərzində ABŞ Sahil Mühafizəsinin əməkdaşı Glenn Harris tərəfindən ələ keçirilən ikinci ən böyük narkotik partiyasıdır.

ABŞ Sahil Mühafizəsinin gəmisi bazar ertəsi günü də 30 milyon dollar dəyərində metamfetamin və heroin yüklü gəmini saxlayıb.

Stopnarkotik.az