ABŞ-da etirazçılar Konqres binasına girdi - VİDEO

Qəzza zolağında atəşkəs tələbi ilə çıxış edən nümayişçilər ABŞ-da Konqres binasına girdilər.

Stopnarkotik.az xəbər verir ki, mühafizəçilər etirazçıları mühasirəyə alıb, bəzi insanları binadan çıxardılar.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.