85 yaşlı kişi arvadını öldürüb intihar etdi

Türkiyənin Giresun rayonun Alucra bölgəsində yaşayan Əli Sağlık (85) həyat yoldaşı Fatma Sağlığı (86) ov tüfəngi ilə öldürdükdən sonra intihar edib.

Silah səslərini eşidən kənd sakinləri evə gələndə qoca ər-arvadın qan içində yerdə uzandığını görüblər.

Hadisə yerinə gələn tibb və polis qrupları cütlüyün öldüyünü bildiriblər.

Məlum olub ki, hadisə yerində ölü tapılan şəxslər 2018-ci ildə TRT-də yayımlanan "Ömür dediyin" adlı verilişdə mehriban cütlük olaraq qonaq kimi iştirak ediblər.