İyunun 13-də və 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə kultivasiya yolu ilə yetişdirilmiş 53 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 670 kiloqram çəkidə 12880 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.