5,9 kiloqram narkotik dövriyyədən çıxarıldı - DİN-dən ƏMƏLİYYAT

Martın 26-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 5,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,5 kiloqramdan artıq heroin, 2,1 kiloqramdan çox marixuana, 1,3 kiloqrama yaxın tiryək olub.

Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.