51 nəfər zəhərləndi, 18-i öldü - İki azərbaycanlı saxlanıldı

Rusiyada alma kokteylindən zəhərlənənlərin sayı 51-ə çatıb. 

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, onlardan 18 nəfəri dünyasını dəyişib. 

Araşdırmalar zamanı məlum olub ki, kokteylə qatılan maye saxta metil spirti olub. Bu məhsulu “Mister Cider” şirkəti istehsal edirmiş.

Şirkətin təsisçisi Anar Hüseynov, baş direktor isə Rafiq Müdarisovdur. Artıq baş direktor saxlanılıb. 

Ekspertlərin fikrincə, ölənlərin sayının artacağı gözlənilir.