50 tondan çox kokain yüklü 8 maşın saxlanıldı - VİDEO

Braziliya polisləri ölkənin Mato Qrosso və Mato Qrosso do Sul ştatlarında Boliviyadan gətirilən təxminən 260 ton taxta daşıyan 8 yük maşınını saxlayıb.

Stopnarkotik.az xəbər verir ki, ilkin məlumata görə, qaçaqmalçılar maye kokaini taxtalara hopdurublar. Aparılan ilk yoxlamalarda yükün içində 50 tona qədər kokain ola biləcəyi müəyyən edilib. Dəqiq miqdarın müəyyənləşdirilməsi üçün araşdırmalar davam edir. Bundan əvvəl də Çilidə Boliviyadan gətirilən taxtaların tərkibində kokain aşkar edilmişdi. Buna görə də polis hər iki hadisənin eyni narkotik şəbəkəsi ilə əlaqəli ola biləcəyini araşdırır. 

Yük maşınlarından 4-ü Kaseres, digər 4-ü isə Korumba şəhərində saxlanılıb. Hadisə ilə bağlı araşdırma davam edir.

**

Stopnarkotik.az