Türkiyənin Konya şəhərində narkotiklərlə mübarizə qrupunun əməliyyatçıları əyalət xaricindən Konyaya narkotik gətirən təşkilata qarşı əməliyyat keçirib.
Stopnarkotik.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, polis əməkdaşları narkotik vasitələr daşıyan 3 avtomobilin Konyaya getdiyi barədə məlumat əldə edib və hərəkətə keçib. Şəhərin girişində polis tərəfindən qarşılanan şübhəlilər qaçmağa başlayıblar. Polis qaçmağa çalışan şübhəliləri qısa təqibdən sonra yaxalayıb.
3 ayrı avtomobildə aparılan axtarış zamanı 89 ədəd 40×40 sm, 2 ədəd 20×40 sm və 2 ədəd 10×40 sm ölçüdə, salfet kağızına hopdurulmuş 50 milyon lirəlik sintetik kannabinoidlər götürülüb, 6 şübhəli saxlanılıb.
Müsadirə edilən 3 avtomobildə olan 6 şübhəli barəsində narkotiklərdən istifadə və narkotik vasitələrin alqı-satqısı cinayətlərinə görə cinayət işi başlanıb. Şübhəlilər ədliyyə orqanları tərəfindən həbsxanaya göndərilib.