45,3 KİLOQRAM NARKOTİK ƏLƏ KEÇDİ - Rəsmi açıqlama

İyulun 24-də ümumi çəkisi 45,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunub. 

Stopnarkotik.az-a bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkarlanaraq götürülüb. 

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən əlavə edilib.

Stopnarkotik.az