Dünən Türkiyədə “Narkokapan İzmir” əməliyyatı həyata keçirilib. Hava və dəniz qüvvələrinin də iştirak etdiyi əməliyyatda 4500 polis əməkdaşı, 956 qrup və 8 xüsusi təlim keçmiş narkotik tapan it iştirak edib.
Stopnarkotik.az bildirir ki, bu barədə ölkənin DİN naziri Əli Yerlikaya açıqlama verib:
“İzmir mərkəz olmaq üzrə 14 əyalətdə 608 fərqli ünvanda eyni vaxtda əməliyyatlar keçirdik və 641 nəfər saxlandı. Narkokapan əməliyyatları ilə narkotik satıcılarının 95 faizini həbs etmişik.
Bu miqyasda və bu koordinasiya ilə görülən işlər polisimizin yüksək koordinasiya qabiliyyətini, əməliyyat sürətini və sahədəki qətiyyətini açıq şəkildə nümayiş etdirir. Sevimli millətimizin asayişi naminə, cinayətin kökünə çatan bu mübarizəni eyni intizam və qətiyyətlə davam etdiririk. Narkotiklərlə mübarizə yalnız "daxili təhlükəsizlik məsələsi" deyil; bu mübarizə "qlobal təhlükəsizlik" mübarizəsidir”.
Stopnarkotik.az