Zaqatala Rayon Mərkəzi Xəstəxanasında 39 yaşlı kişi anidən ölüb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, axşam saat 17 radələrində Zaqatala şəhər sakini 39 yaşlı İlkin Vidadi oğlu Məmmədov ağır formada təngənəfəslik əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə daxil olub.
Aparılan tibbi müdaxilələrə baxmayaraq İ. Məmmədovda xəstəxanaya daxil olduqdan bir qədər sonra ani ölüm qeydə alınıb.
İ. Məmmədovun anidən ölüm faktı ilə bağlı hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.