3,7 ton çətənə və xaş-xaş kolu yandırılaraq məhv edilidi

İyulun 22-də kultivasiya yolu ilə yetişdirilmiş 81 ədəd çətənə kolu aşkar olunub.

Stopnarkotik.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aşkarlanan yabanı halda bitmiş 3,7 ton çəkidə 30.056 ədəd çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

"Bu istiqamətdə tədbirlər davam etdirilir", - deyə nazirlikdən əlavə olunub.

Stopnarkotik.az