Dekabrın 28-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən 10000 manat dəyərində tütün məmulatının oğulanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata əsasən, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu etməkdə şübhəli bilinən onlardan biri əvvəllər analoji cinayətə görə məhkum olunmuş 3 yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Stopnarkotik.az