3 KQ HEROİN, 8,3 KQ MARİXUANA, 1 KQ METAMFETAMİN... - Gün ərzində 12,4 kq narkotik ələ keçirilib

Yanvarın 17-də polis əməkdaşlarının respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 12,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Stopnarkotik.az xəbər verir ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3 kiloqramdan artıq heroin, 8,3 kiloqramdan çox marixuana, 1 kiloqramdan çox metamfetamin və 620 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Stopnarkotik.az