Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 11-də ümumi çəkisi 26 kiloqrama yaxın narkotik vasitə götürülüb, yabanı halda bitmiş 1 tona yaxın çəkidə 5412 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.