25,6 KQ MARİXUANA, 2 KQ "PATI", 1 KQ TİRYƏK... - Ötən gün 30 kiloqrama yaxın narkotik aşkar olunub

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 19-da ümumi çəkisi 29,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Stopnarkotik.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 25,6 kiloqramdan artıq marixuana, 2 kiloqrama yaxın metamfetamin, 1 kiloqrama yaxın tiryək, 650 qram heroin və 12 ədəd çətənə kolu olub.

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir" - deyə nazirlikdən bildirilir.

Stopnarkotik.az