24 AVTOMAT, 1 PULEMYOT, 28 QUMBARA, 9 TÜFƏNG... - İşğaldan azad edilən ərazilərdə silah-sursat aşkarlanıb / FOTO

"Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər".

Stopnarkotik.az DİN-ə istinadən xəbər verir ki, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

Həyata keçirilən tədbirlərlə 19-26 iyul tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 24 avtomat silahı, 1 pulemyot, 9 tüfəng, 28 qumbara, 29 alışdırıcı, 441 mərmi, 5 süngü-bıçaq, 93 patron darağı, 3118 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Şuşa rayonu ərazisindən 1 pulemyot, 50 qumbara, 7 partlayıcı, 3 mərmi və 320 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən 8 avtomat, 3 tüfəng, 64 mərmi, 121 qumbara, 11 patron darağı, 2 alışdırıcı, 30 ədəd kustar üsulla hazırlanmış partlayıcı qurğu, 20 ədəd kapsul detonatoru, 3 şaşka, 57 ədəd barıt atımı, 1 ədəd mina detektoru, 1040 ədəd müxtəlif çaplı patron, Kəlbəcər rayonu ərazisindən isə 1 avtomat silahı, 3 ədəd patron darağı və 59 ədəd patron aşkar edilərək götürülüb.

**

**

Stopnarkotik.az