23 yaşlı azərbaycanlı Polşada faciəli şəkildə öldü - FOTO

Azərbaycanəsilli Gürcüstan vətəndaşı Polşada faciəvi şəkildə həlak olub.

Stopnarkotik.az yerli KİV-ə istinadən xəbər verir ki, Bolnisi rayonunun Kazreti qəsəbə sakini, 23 yaşlı Elvar Sariyev dostları ilə birlikdə istirahət məqsədilə göl kənarına gedib. Məlumata görə, o, göldə çimərkən boğularaq ölüb.

Qeyd edək ki, Elvar Sarıyevin işləmək məqsədilə Polşaya getdiyi bildirilir.