2026-cı ildə Azərbaycanda ilk uşaq Naxçıvanda dünyaya gəlib.
Naxçıvan Perinatal Mərkəzindən verilən məlumata görə, dekabrın 31-dən yanvar ayının 1-nə keçən gecə saat 00:01-də Naxçıvan şəhər sakini Gülməmmədovlar ailəsində oğlan uşağı dünyaya gəlib.
2,6 kq çəkidə doğulan uşaq tam sağlamdır.
Uşaq keysəriyyə yolu ilə dünyaya gəlib.