2 ton kokain belə ələ keçirildi – ŞOK ƏMƏLİYYAT / VİDEO

İspaniya polisi Cənubi Amerikadan gələn iki ton kokaini müsadirə edib.

Stopnarkotik.az xəbər verir ki, polisin məlumatına görə, təhlükəsizlik qüvvələri narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə əməliyyat keçirib. Qaçaqmalçılar narkotik maddəni Cənubi Amerikadan İspaniyanın Viqo limanına aparırmış.

Polis 8 nəfərin həbs edildiyini bildirir. Məlumata əsasən, təhlükəsizlik qüvvələri də axtarışlar aparıb. Onlar 50 min avrodan çox nağd pul ələ keçiriblər.

Qeyd edək ki, bu ilin əvvəlində İspaniya Mülki Qvardiyası “Qalisiya” narkotik ticarəti şəbəkəsini məhv edib.

Stopnarkotik.az