İyulun 4-də və 5-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 1800 ədəd xaş-xaş kolu aşkarlanaraq məhv edilib.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.