1,7 KQ HEROİN, 29,5 KQ MARİXUANA, 2 KQ "PATI"... - Gün ərzində 34 kiloqram narkotik ələ keçirilib

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 1-də ümumi çəkisi 34 kiloqrama yaxın narkotik vasitə aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,7 kiloqrama yaxın heroin, 29,5 kiloqrama yaxın marixuana, 2 kiloqramdan artıq metamfetamin, 755 qram tiryək, həmçinin 50 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.