“SOCAR-AQŞ” MMC-nin sabiq baş direktoru Ramin İsayev barəsindəki həbs qərarından narazıdır.
Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı sabiq baş direktor apellyasiya şikayəti verib.
R.İsayev birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, məhkəmə zalından sərbəst buraxılmasını xahiş edib.
Bakı Apellyasiya Məhkəməsi şikayəti əsasız sayaraq rədd edib, təqsirləndirilən şəxsin həbsinin davamına qərar verib.
Qeyd edək ki, Ramin İsayev Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə dəymiş ziyan 16 milyon manat hesablanıb.
Xatırladaq ki, “SOCAR AQŞ” MMC 2007-ci ildə yaradılıb. MMC Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy və Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi ilə məşğul olur.