"Mavi balina" oyunundan sonra uşaqlar üçün yeni dəhdid "boğulma" oyunudur.
Yüzlərlə uşağın ölümünə səbəb olan "mavi balina" və "momo" kimi oyunlardan sonra ABŞ-də 13 yaşlı bir uşaq "blackout challange", yəni "boğulma" oyununa görə özünə qəsd edib.
Oğlu Qriffinin qurbanı olduğu nəfəs tutmaq oyunu haqqında ana Eny Makqraf valideynlərə xəbərdarlıq edib:
"Oyunda çətinliklər olduğunu eşitmişdik, amma ölümcül olduğunu bilmirdim".
Ana sosial şəbəkələrdə oxşar təhlükəli məzmunlardan dolayı ölən uşaqların sayının çox oluğunu, lakin səslərini kifayət qədər insana çatdıra bilməiklərini deyib:
"Bu, aysberqin görünən hissəsidir. Bildiyimiz yeganə şey xəbərlərə çıxan və ya bir-birini tapan insanlardır".
Oğlu da boğulma oyununda ölən Cudi Roqun qurduğu "Erik's Cause" adlı qeyri-kommersiya təşkilatı bildirib ki, bu videolara görə bütün dünyada həlak olan uşaqların sayı 1385-ə çatıb.
Qeyd edək ki, sözügedən oyunda iştirakçılar ikinci bir şəxsin köməkliyi ilə ya da kəmər, kəndir və naqil kimi vasitələrlə boğazlarına təzyiq gösərərək beyinə oksigen getməsini bir müddətliyə dayandırır. Oyunun mərhələləri irəlilədikcə bu müddət də getdikcə artır. Əsasən, daha kiçik yaşda uşaqların oynadığı bu oyun ölümlə nəticələnir. /olke.az