Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 28-də ümumi çəkisi 10,4 kiloqramdan artıq narkotik vasitə və 28 ədəd psixotrop tərkibli həb götürülüb, yabanı halda bitmiş 10,6 ton çəkidə 11176 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.