"Zəngəzur dəhlizi Ermənistanla yox, İranla bağlı problemdir" - ƏRDOĞAN

Zəngəzur dəhlizi Ermənistanla bağlı məsələ deyil. Zəngəzur dəhlizi İranla bağlı problemdir. Stopnarkotik.az bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə müsahibəsində deyib.

“Zəngəzur dəhlizi İranla bağlı problemdir. İranın belə davranış nümayiş etdirməsi həm Azərbaycanı, həm də bizi üzür. Əslində bu, onları da məyus etməlidir. Ümid edirəm ki, yaxın vaxtlarda bu problemi həll edəcəyik. Regionda kommunikasiyalara müsbət yanaşma ilə Türkiyə-Azərbaycan-İran vahid dəmir yolu və avtomobil yolları şəbəkəsini formalaşdırmaq, Pekin-London marşrutunu açmaq mümkün olacaq.

Stopnarkotik.az