Zaqatala rayonunda 38 yaşlı kişi evdə ölü tapılıb.
Hadisə şəhərin Mikayıl Müşviq küçəsi, ev 26 ünvanında qeydə alınıb.
Belə ki, Zaqatala Rayon Polis Şöbəsindən rayon prokurorluğuna 1986-cı il təvəllüdlü Rəşad Qurbanovun yaşadığı evdə ölməsi barədə məlumat daxil olub.
İlkin araşdırma zamanı müəyyən edilib ki, R.Qurbanov yuyunmaq üçün axımlı su qızdırıcısının quraşdırıldığı hamam otağına keçib, həmin gün saat 06:30 radələrində hamam otağında atası Fərhad Qurbanov tərəfindən ölmüş vəziyyətdə aşkar edilib.