Suraxanıda yeznəsini öldürməyə cəhddə təqsirləndirilən Yusif Mahmudov və oğlu Allahverdi Mahmudovun yekun məhkəmə iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin qərarına əsasən təqsirləndirilən şəxslərə 11 il 3 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Qeyd edək ki, hadisə Bakının Suraxanı rayonunda qeydə alınıb. Yusif və Allahverdi Mahmudovlar yeznələri Ağasəlim Məmmədovu öldürməyə cəhddə təqsirli bilinərək rayon prokurorluğu tərəfindən həbs ediliblər.
Onlar barəsində Cinayət Məcəlləsinin 29,120.2.1-ci maddəsi ilə cinayət işi başlanıb. Zərərçəkən qaynı və qayınatasından şikayətçi olmadığı barədə notarius qaydasında barışıq da göndərib./"unikal"