2024-cü ilin dekabrın sonu və 2025-ci ilin yanvarın əvvəlində qeyri-iş günlərinin sayı məlum olub.
Stopnarkotik.az xəbər verir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə istinadən xəbər verir ki, 2024-cü ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2025-ci ilin yanvarın 1 və 2-si Yeni il bayramı ilə əlaqədar qeyri-iş günüdür.
2024-cü ilin dekabrın 30-u həftənin ilk gününə-bazar ertəsinə təsadüf edir. Dekabrın 31-də, 2025-ci ilin yanvarın 1 və 2-də, yəni, 3 gün ardıcıl iş olmayacaq. 3 yanvar həftənin cümə günü, yəni iş günüdür. Ondan sonrakı günlər 4 və 5 yanvar isə şənbə-bazar, yəni istirahət günlərinə düşür.
Belə hallarda adətən Nazirlər Kabineti müvafiq qərar qəbul edir və iş və qeyri-iş günlərinin yeri dəyişilir.
Dekabrın 28 (şənbə günü), 29 (bazar günü), 31-i, 2025-ci ilin yanvarın 1 və 2-də iş olmayacaq. 30-u da həmin günlərə əlavə olunarsa, ardıcıl 6 gün qeyri-iş günü olacaq.
Nazirlər Kabineti yaxın zamanda bununla bağlı qərarını açıqlayacaq.