Xocavənd rayonu, Qırmızı Bazar qəsəbəsinin ərazisində 1 tondan artıq yabanı çətənə bitkisi yandırılıb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçiriblər.
Nəticədə sözügedən ərazidə yabanı halda bitən 1 tondan artıq 4650 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.