Xırdalanda parkda 36 yaşlı qadının ölümünün əsl səbəbi nədir? - VİDEO

Bir neçə gün əvvəl Xırdalanda qadının attraksiondan yıxılaraq dünyasını dəyişməsi bu cür qurğulara nəzarət və təhlükəsizlik məsələlərini gündəmə gətirib.

Belə ki, övladları ilə birlikdə delfin şəkilli karuselə minən 36 yaşlı Minayə Nuriyevanın karuselin 2-ci qoşqusundan yıxıldığı bildirilir.

Bəs, 5 dəqiqəlik əyləncəni ölümə çevirən maşına necə nəzarət olunur?

Bu cür hadisələrin baş verməməsi üçün öncədən qabaqlayıcı tədbirlər görülürmü?

Atraksiona baxarkən vəziyyətin heç də ürəkaçan olmadığı qənaətinə gəlmək olar. Ancaq qurğunun nəzarətçisi Tural Yusifov hadisə zamanı təhlükəsizliklə bağlı bütün tədbirlərin görüldüyünü deyir.

Hadisə şahidləri və parka gələnlərin isə hadisə və attraksionlara nəzarətlə bağlı fikirləri müxtəlifdir.

Zərərçəkmiş tərəfin də fikirlərini öyrənmək üçün Minayə Nuriyevanın Xırdalan şəhər Səttar Bəhlulzadə küçəsində yerləşən evinə yollandıq. Qonşular bildirdilər ki, dəfn mərasimi ilə bağlı ailə hazırda rayonlardan birindədir.

Baş Prokurorluqdan isə “Xəbər Ertəsi”nə bildirilib ki, hadisə ilə bağlı araşdırmalar davam etdirilir.