Bakıda mağaza satıcılarını aldadan dələduz peyda olub.
Stopnarkotik.az bildirir ki, bununla bağlı oxu.az-a satıcılar məlumat veriblər.
Onlar qeyd ediblər ki, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospektində yerləşən mağazada qeydə alınıb. Belə ki, mağazaya yaxınlaşan şəxs “bankomatdan pul çıxartmışam, hamısı beş manatlıq əsginaslardır. Bunları bütöv 100, 200 manatlıqlara çevirə bilərsinizmi?” - deyib, satıcılardan xahiş edir.
Satıcıların iddiasına görə, pulun beş manat əskik olduğunu deyəndə həmin şəxs, saymaq üçün əsginasları geri götürür. Dələduz sayıb, düzgün məbləğ olduğunu nümayiş etdirəndən sonra pulu geri qaytararkən əsginaslardan birini qatlayıb, cibinə qoyur.
Sahibkarlar kamera görüntüləri ilə birlikdə polisə müraciət etdiklərini, lakin şikayətə baxılmadığını iddia ediblər.
Sözügedən görüntüləri təqdim edirik: