Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı

Xaçmaz rayonunda kanalda meyit aşkarlanıb.

Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun Ağaşirinoba kəndi ərazisində qeydə alınıb.

Meyiti tapılan şəxsin 1960-cı il təvəllüdlü Xudat şəhər sakini Leyla Ağamalıyeva olduğu müəyyən edilib.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.