Vətən müharibəsi qazisi özünü öldürdü

Vətən müharibəsi qazisi intihar edib.

Stopnarkotik.az "oxu.az"a istinadən xəbər verir ki, Füzuli rayonunun İkinci Mahmudlu kənd sakini, 33 yaşlı Ayxan Hümbət oğlu Bayramov yaşadığı evin həyətində özünü asıb.

Hadisə aprelin 6-sı günorta saatlarında baş verib.

Baş vermiş hadisə ilə bağlı prokurorluqda araşdırma aparılır.

A.Hümbətovun iki azyaşlı övladının olduğu bildirilir.