Vasif Talıbovun “varisi” həbs edilib? – “İki gün əvvəl Bakıya gətiriblər"

“İki gün öncə Naxçıvan Ali Məclisinin sədr əvəzi Azər Zeynalovu 2-ci reyslə Bakıya gətiriblər. Dünən isə onu müvafiq idarədə sorğuya çəkiblər”.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “Ovqat.com” saytının baş redaktoru Heydər Oğuz sosial şəbəkədə məlumat yayıb. Jurnalist əlavə edib ki, Azər Zeynalov hələ də Naxçıvana qayıtmayıb.

“Görünür, onunla söhbət uzun sürəcək” - deyə, jurnalist qeyd edib.