“Vaqner” Rusiya qvardiyasının tabeliyinə keçdi

Rusiyanın “Vaqner” özəl hərbi şirkəti (ÖHŞ) Rusiya qvardiyasının tabeliyinə keçib.

Bu barədə ÖHŞ-nin rəsmi “Telegram” kanalında xəbər verilib.

Bildirilib ki, bütün “Vaqner”çilərlə fərdi şəkildə müqavilələr imzalanıb.

O da vurğulanıb ki, ÖHŞ-nin bütün strukturu, iş qaydası və komandirlər saxlanılırlar.

“Təminat, müalicə, reabilitasiya Rusiya Qvardiyasının hərbi qulluqçuları ilə eyni şəkildə həyata keçirilir”, - deyə məlumatda qeyd olunub.