Tatarıstanın Laişevski rayonunda uşaq xokkey komandasını daşıyan mikroavtobus qəzaya uğrayıb.
Stopnarkotik.az xəbər verir ki, avtobus Kazan-Orenburq magistral yolunda uşaqları məşqə apararkən “Ford” markalı avtomobil qarşıdakı zolaqdan çıxıb. Telegram kanalı “Mash Iptash”-ın məlumatına görə, zərbə o qədər güclü olub ki, mikroavtobus aşıb. Onurğa sınığı, kəllə-beyin travması və beyin silkələnməsi ilə dörd uşaq xəstəxanaya aparılıb.
İlkin məlumatlara görə, avtomobilin sürücüsü sükan arxasında yuxuya gedib və Moskvanın “Rus” xokkey komandasına məxsus mikroavtobusa çırpılıb. İstintaq Komitəsi qəza ilə bağlı iki cinayət işi açıb.