Rusiya-Ukrayna müharibəsi dünyanın gündəmində qalmaqda davam edir.
Stopnarkotik.az medianews.az-a istinadən xəbər verir ki, Ukrayna dünən Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının Krım yarımadasındakı Sevastopol şəhərindəki qərargahına raket zərbəsi endirib.
Hücum nəticəsində azı 9 nəfər həlak olub. Ukrayna Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-leytenant Kirilo Budanov ölənlər arasında rus generalların olduğunu açıqlayıb. Hücumun ‘yüksək səviyyəli görüş’ zamanı baş verdiyi iddia edilib.