Türkmənistan vətəndaşı Gürcüstanda külli miqdarda narkotiklə yaxalandı - VİDEO

Gürcüstanda Kvemo Kartli Polis Departamentinin əməkdaşları böyük miqdarda narkotik vasitənin qanunsuz əldə olunması, saxlanması və satışının təşviqi ittihamı ilə Türkmənistan vətəndaşı, 1987-ci il təvəllüdlü R.B.-ni saxlayıblar.

Stopnarkotik.az "Qafqaztürk"ə istinadən xəbər verir ki, polis tərəfindən təqsirləndirilən şəxsin şəxsi və müvəqqəti yaşayış yerlərinə baxış zamanı 1 kiloqramdan çox “Alfa PVP” narkotik vasitəsi maddi sübut kimi götürülüb.

Polis tərəfindən həmçinin narkotik vasitələrin qablaşdırılması üçün lazım olan materiallar da götürülüb.

İstintaq Gürcüstanın Cinayət Məcəlləsinin 260-cı və 260-cı kvarta maddələri üzrə aparılır, bu da 20 ilə qədər və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

Stopnarkotik.az