Azərbaycan üzərindən ölkəmizə gələn C-130 hərbi kargo təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qəza yerində axtarış-xilasetmə əməliyyatlarına Gürcüstan rəsmiləri ilə birlikdə dərhal başlanılıb.
***16:23
Türkiyə Silahlı Qüvvələrinə aid olduğu güman edilən hərbi helikopter Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Gürcüstanın “İmedi” telekanalı məlumat yayıb.
Gürcüstanın müvafiq qurumlarından hələlik rəsmi məlumat yoxdur. Qəza nəticəsində ölən və ya yaralananların olub-olmadığı da məlum deyil.