"Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi davam edir. Münasibətlərin normallaşacağı təqdirdə bizim də ssenarimizi hazırlamağımız lazım olacaq".
Stopnarkotik.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Sabah" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırkı fəaliyyətlər də bu istiqamətdədir.
"Əgər işlər tamamlanarsa, müsbət ssenarini aktivləşdirəcəyik. Beləliklə, biz sərhəd qapımızı aça bilərik".