Türkiyədə siyasi sui-qəsd - AKP üzvü və oğlu öldürüldü

Türkiyənin Batman vilayətində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rayon təşkilatının sədri Mehmet Direk sui-qəsdə məruz qalıb.

Stopnarkotik.az xəbər verir ki, sədr, onun oğlu və qardaşı oğlu silahlı hücum nəticəsində öldürülüb.

Məlumata görə, sui-qəsd vilayətin Güneykent rayonunda qəbiristanlıqda baş verib.

Hadisə yerinə polis qüvvələri cəlb olunub. Cinayəti törədənlərin saxlanılması üçün istintaq aparılır.