Gürcüstanda azərbaycanlı gənc başından güllələnib

Ötən gün Gürcüstanda azərbaycanlı gənc güllələnib.

Stopnarkotik.az xəbər verir ki, hadisə saat 22:30 radələrində Marneuli bələdiyyəsinin Candar kəndində baş verib.

31 yaşlı Rahib Abdullayev gecə saatlarında yaşadıqları məhəllədə tanışı tərəfindən pnevmatik tapançadan açılan atəşlə ağır xəsarət alıb.

Bildirilib ki, hadisə vaxtı 3 dəfə atəş açılıb. R.Abdullayev ağız və baş nahiyəsindən ağır zədələr alıb. O, dərhal xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.